Bizim Komandamız
AHA İdarə heyəti və İcra ofisi qonaqpərvərlik sənayesini yerli və beynəlxalq səviyyədə təmsil edərək, sənayenin inkişafı istiqamətində müvafiq məsələləri həll edir.
Baş Assambleya AHA-nın müntəzəm üzvlərinin iştirak etdiyi ali qərar qəbuletmə orqanıdır.
İdarə heyəti Azərbaycan Hotel Assosiasiyasının idarəetmə orqanı olaraq, AHA-nın strateji idarə olunması və sənaye ilə əlaqəli mövzularda qərarların qəbul edilməsinə cavabdehdir.
İcra ofisi Assosiasiyanın icraedici orqanıdır və birliyin səmərəli, üzvyönümlü xidmətləri təmin etməsinə cavabdehdir.