2 iyun 2020

AHA SAHMAN proqramı və milli turizm kampaniyası olan “Macəra Yaxındadır” haqqında məlumat sessiyası təşkil etdi.

SAHMAN sanitariya və gigiyena metodları və normaları proqramıdır

Azərbaycan Hotel Assosiasiyası Azərbaycan Turizm Bürosu və Dövlət Turizm Agentliyi ilə SAHMAN proqramının hazırlanmasında və həyata keçirilməsində tərəfdaş olub, qonaqpərvərlik sənayesi ehtiyaclarına və ən yaxşı beynəlxalq təcrübələrə əsaslanan SAHMAN təlim materiallarının hazırlanmasında fəal iştirak etmişdir.

1-2 iyun tarixlərində Azərbaycan Hotel Assosiasiyası, üzv otellər üçün yeni yaradılan SAHMAN proqramının qeydiyyatı və "Macəra Yaxındadır" turizm kampaniyasının əhəmiyyəti və faydalarını əhatə edən onlayn məlumat sessiyaları təşkil etmişdir.

80 üzv hoteldən 150-dən çox iştirakçının iştirak etdiyi veb-sessiyalarda SAHMAN proqramı haqqında ətraflı məlumat: əsas prinsiplər, faydalar, həmçinin qeydiyyat prosesi AHA, ATB və DTA üzvləri tərəfindən paylaşılmışdır. Təlimdən sonra sual – cavab sessiyasında hotelçilər onları maraqlandıran suallara cavab aldılar. Veb-sessiyanın “Macəra Yaxındadır” kampaniyasına həsr olunmuş ikinci hissəsində kampaniyanın əhəmiyyəti, cəlbedici təklifin hazırlanması ilə bağlı tövsiyələr paylaşılmışdır.

SAHMAN proqramı aktiv işə salındıqdan sonra Azərbaycan Hotel Assosiasiyası qonaqpərvərlik sənayesi üçün müraciət əsasında veb-seminarlar və məlumat seansları təşkil edəcək. AHA-nın auditorları SAHMAN prinsiplərinin yerinə yetirilməsi səviyyəsini təyin etmək üçün hotel və hotel tipli obyektlərin yerində monitorinqini həyata keçirəcəklər.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.