10 oktyabr 2023

Cənub bölgəsi üzrə fəaliyyət göstərən hotellər üçün maarifləndirici tədbir keçirildi

Regional Turizm İdarəsinin təşkilatçılığı ilə 10 oktyabr tarixində Lənkəranda Cənub bölgəsi üzrə fəaliyyət göstərən hotellərin rəhbərlərinin iştirakı ilə Milli Ulduz təsnifatı və Turizm informasiya sistemi və reyestrdən istifadə ilə bağlı maarifləndirici tədbir təşkil olundu.

Tədbirdə Lənkəranla yanaşı Astara, Masallı, Biləsuvar, Salyan rayonlarında fəaliyyət göstərən hotellərin rəhbərləri iştirak etdilər.

Tədbir zamanı AHA-nın nümayəndələri canlı bağlantı yaradaraq hotel rəhbərlərinin suallarını cavablandırdı. Tədbir iştirakçılarına ulduz təsnifatı və turizm reyestri ilə bağlı maarifləndirici materiallar nümayiş etdirildi.

 

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.