16 oktyabr 2023

Hilton Baku hoteli ilə Lənkəran Peşə Liseyinin tələbələri üçün Ekoloji Maarifləndirmə Təlimi keçirildi

Azərbaycan Hotel Assosiasiyasının üzvü Hilton Baku hotelinin Ekoloji Maarifləndirmə Aksiyası və AHA-nın Dayanıqlılıq İşçi qrupunun fəaliyyəti çərçivəsində  Lənkəran Peşə Liseyinin tələbələri üçün təlim təşkil edilmişdir.

Təlim zamanı tələbələrə Hilton komandası tərəfindən Hiltonun davamlılıq strategiyası – planetimizə, ətraf mühitə və cəmiyyətə verə biləcəyimiz töhvələr, həmçinin Uğurlu otel karyerası üçün təməl addımlar mövzusunda təlim keçilmişdir.

AHA adından ekoloji dayanıqlılıq və ətraf mühitin qorunması missiyasına öz töhvəmizi verdiyimiz üçün şadıq. Hilton Baku hotelinin komandasına göstərdikləri təşəbbüs və maraqlı təlim proqramı üçün minnətdarıq.

Təlimin təşkilində dəstəyinə görə Lənkəran Regional Turizm İdarəsinə, Lankaran Springs Wellness Resort Hotelinə, Lənkəran Peşə Liseyinin direktoru və müəllim heyətinə, həmçinin gələcəyin turizm peşəkarları olan tələbələrə aktiv iştiraklarına görə təşəkkür edirik!

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.