23 oktyabr 2023

AHA Uzakrota Bakı sammitində iştirak etdi

Azərbaycan Hotel Assosiasiyası 20 Oktyabr tarixində Bakıda keçirilən Uzakrota sammitində iştirak etdi.

Turizm peşəkarlarını bir araya gətirən tədbirin açılışında çıxış edən AHA-nın İcraçı Direktoru Günay Sağlam, son illərdə Azərbaycanın qonaqpərvərlik və turizm sahəsində əldə etdiyi uğurları qeyd etdi və ölkəmizin geniş turizm potensialından bəhs etdi.

Uzakrota sammitində yerli və Türkiyədən gəlmiş turizm mütəxəssisləri müzakirə panelində iştirak edib sualları cavablandırdılar.

İştirakçılar həmçinin stend bölməsini ziyarət edərək turizm şirkətlərinin təklifləri ilə tanış oldular.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.