2 iyul 2020

AHA və ECOBER Azərbaycan əməkdaşlıq çərçivəsində təşkil olunmuş vebinar

Hotellərin Post Pandemiyaya Hazirlığı Və Gigiyenik Təlimatlar

1 iyulda Azərbaycan Hotel Assosiasiyası ECOLAB-ın Azərbaycan nümayəndəsi ECOBER Azərbaycan ilə birlikdə otellərdə post pandemiya dövründə yenidən açılması və yeni gigiyena qaydaları mövzusunda üzv otellər üçün xüsusi təlim təşkil etdi. 

ECOLAB mütəxəssisləri xüsusilə yüksək toxunuşlu ərazilərdə mütəmadi olaraq dezinfeksiya edilməsinin və restoranlar, lobbi spa ərazisi kimi ictimai yerlərdə sosial məsafənin vacibliyini vurğuladılar. Otel personalı, dövlət rəsmiləri və bu sahədəki mütəxəssislər tərəfindən tətbiq olunan standartların gündəlik iş prosesinə tətbiq edilməsinə öyrədilməli və həvəsləndirilməlidir. Mütəxəssislərin fikrincə, indi otellər qonaqların və otel işçilərinin təhlükəsizliyini və rifahını təmin etmək üçün səy göstərməlidir və pandemiya sonrası bərpa üçün hazırlanacaq yeni standartlara riayət etməlidirlər.

Üzv hotellərin gigiyena və profilaktik tədbirlərində yeni tendensiyaları ilə yenilənməsini təmin etmək və onları düzgün şəkildə bərpa etmək üçün Ecolab və Ecober Azərbaycan ilə tərəfdaşlığımızı davam etdirəcəyik.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.