9 fevral 2024

AHA Destinasiya Satış və Marketinqi işçi qrupunun ilk görüşü baş tutdu

9 Fevral tarixində AHA Destinasiya Satış və Marketinqi işçi qrupunun ilk görüşü baş tutdu.
Üzv hotellərin satış və marketinq şöbələrinin rəhbərləri və Azərbaycan Turizm Bürosunun (ATB) nümayəndələrinin iştirakı ilə keçən görüşdə işçi qrupun 2024-cü il üzrə fəaliyyət planı müzakirə edildi.
ATB-nin Baş İcraçı Direktorunun müavini, Cavanşir Bayramov 2024-cü il üçün ATB tərəfindən planlaşdırılan marketinq strategiyaları, media və dijital layihələr və tədbirlər haqqında məlumat verdi.
AHA işçi qrupu çərçivəsində sənaye təmsilçiləri və ATB-nin marketinq fəaliyyəti üzrə daha yaxından əməkdaşlıq etməsi razılaşdırıldı. COP29 tədbirinin destinasiya marketinqi baxımından əhəmiyyəti müzakirə edildi və COP29 dövründə marketinq fəaliyyətinin həcmi və təyinatının təşkili üçün ayrıca işçi qrupun yaradılmasına qərar verildi.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.