28 iyul 2020

AHA Pandemiya zamanı hotellərin fəaliyyət ilə bağlı məlumat sessiyası keçirmişdir

Məlumat sessiyası region hotelləri başda olmaqla, hotellərdə açıq və qapalı hozuvların istifadəsi və bununla bağlı vacib təlimatların paylaşılmasına həsr olunmuşdur

28 iyul tarixində Azərbaycan Hotellər Assosiasiyası üzv hotellər tərəfindən tez-tez ünvanlanan suallarla, xüsusilə də hotel və xüsusi karantin rejimində hovuz istifadəsi qaydaları ilə bağlı məlumat sessiyası keçirdi. Görüşdə TƏBİB və SAHMAN tərəfindən müəyyən olunmuş gündəlik əməliyyat qaydaları, həmçinin ümumi istifadə ərazilərində qonaq sayına nəzarətin, eləcə də işçilər və qonaqlar arasında social məsafənin tənzimlənməsinin vacibliyi vurğulandı.

AHA 3 iyul tarixində üzv otellərin vacib sualları və narahatlıqları ilə bağlı Dövlət Turizm Agentliyinə rəsmi məktubla müraciət etmişdir. 21 İyul tarixində AHA-ya STA-nın Sədr müavini cənab Kənan Qasımov tərəfindən dəstək paketi və hotel hovuzunun istifadəsinə dair qaydalarla ilə bağlı rəsmi məktub ünvanlanmışdır. Aşağıdakı keçidə daxil olaraq, məktub və məktubun əsas nüansları ilə bağlı prezentasiyasını görə bilərsiniz.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.