9 avqust 2020

Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili" qaydalarını açıqladı

287 Qərar kimi yayımlanan təşkilati qaydalar, qonaqlar və otel işçilərinin təhlükəsizliyini təmin etmək üçün hotel və hotel tipli müəssisələrdə həyata keçirilməli olan əsas təşkilati dəyişiklikləri nəzərə çatdırır

8 Avqust tarixində, Azərbaycan Nazirlər Kabinetı Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkilinə yönəlmiş 287 Nömrəli qərarı açıqlamışdır.

Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində mehmanxanaların işçilərinin və qonaqlarının sağlamlığının qorunması məqsədilə hazırda koronavirus COVID-19 (bundan sonra – COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına, Ümumdünya Səhiyyə Təşkilatının (WHO), Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının, Avropa Hotel, Restoran, Kafe və Barlar Assosiasiyasının təcrübə və tövsiyələrinə, o cümlədən Azərbaycan Respublikasının ərazisində qüvvədə olan müvafiq metodiki göstərişlərə, habelə respirator xəstəliklərdən qorunma və mübarizədə uğurlu göstəricilər əldə etmiş xarici ölkə və şəhərlərin təcrübəsinə əsaslanaraq tərtib olunmuşdur.

Bu Qaydaların əsas məqsədi COVID-19 pandemiyasının ölkə ərazisində yayılması nəticəsində fəaliyyəti məhdudlaşdırılmış turizm sənayesi subyektlərinin fəaliyyətinin bərpası zamanı sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsidir.

Bu Qaydalar hostellər, yerləşdirmə imkanlarına malik konqres mərkəzləri, istirahət evləri, istirahət bazaları, istirahət mərkəzləri, qonaq evləri, sağlamlıq düşərgələri, idman düşərgələri, ovçu (balıqçı) evləri, turist bazaları, turist evləri, kempinq, yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.), çoxmənzilli binada mənzillər (otaqlar), dağ sığınacaqları, uşaq sağlamlıq düşərgələri kimi yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin fəaliyyətinə şamil edilmir.

Qərar və təşkilatı qaydalara link vasitəsi ilə daxil ola bilərsiniz: Hotellər üçün təşkilati qaydalar

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.