8 iyul 2022

AHA və Accor Group arasında əməkdaşlıq müqaviləsi imzalanıb

İyulun 6-da Azərbaycan Hotel Assosiasiyası (AHA) və Accor Group  arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

AHA qonaqpərvərlik sənayesinin inkişafını prioritetləşdirir və turistlərin yerləşmə vasitələrinin keyfiyyətinin artırılmasını qarşısına məqsəd qoyub.

Accor Group-un məqsədi Azərbaycanın dəniz və dağ kurortlarında, eləcə də Bakıda yeni hotellərinin sayını artırmaqdır.

Beynəlxalq hotel brendləri ölkədə qonaqpərvərlik sənayesinin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və ixtisaslı mütəxəssislərin yetişdirilməsində əsas rol oynadığını nəzərə alaraq, tərəflər tərəfdaşlıq haqqında razılığa gəliblər.

Accor Group 110 ölkədə 5300 mülkdən ibarət dünyanın aparıcı qonaqpərvərlik qrupudur. Onun qlobal portfeli lüks (məsələn, Fairmont, Raffles kimi), premium (Pullman, Swissôtel, Mövenpick, MGallery), orta səviyyəli (Novotel, Mercure) və ekonom (ibis ailəsi) hotel brendləri daxil olmaqla 40-dan çox hotel brendini əhatə edir.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.