23 dekabr 2022

AZƏRTAC | Günay Sağlam: Qarabağımız ən möhtəşəm turizm bölgəsi olacaq

Ölkəmizdə ilk hotel biznesinin inkişafı 2011-2013-cü illərə təsadüf edir. Pandemiyadan sonra yenə də bu sektorda böyük canlanma müşahidə olunur. Yaxın bir ildə Azərbaycanda 6 beynəlxalq brend hotelin açılması gözlənilir ki, bu da yeni iş yerlərinin yaranmasına gətirib çıxaracaq.

İşğaldan azad olunmuş ərazilərdə infrastruktur işlərinin böyük surətlə davam etdiyini deyən G.Sağlam bildirib ki, hazırda Şuşada, Ağdamda həm lüks, həm də orta səviyyəli otellər tikilir: “Qarabağ bölgəsinin çox böyük turizm potensialı var və sahibkarlar keyfiyyətli, eyni zamanda coğrafi mühitə uyğun mehmanxanalar tikməlidir. Biz bütün beynəlxalq platformalarda artıq təbliğat işlərinə başlamışıq. Şübhəsiz, Qarabağımız həm təbii gözəlliyi, həm də istirahət yerləri ilə ən möhtəşəm turizm bölgəsi olacaq. Hədəfimiz ölkəmizdə daha keyfiyyətli xidmət və fərqli ehtiyaclara uyğun hotellərin olmasıdır.

Ətraflı məlumat üçün: https://azertag.az/xeber/Gunay_Saglam_Qarabagimiz_en_mohtesem_turizm_bolgesi_olacaq-2420822#.Y6VGjblwytQ.whatsapp

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.