30 oktyabr 2023

Quba regionunda Fairmont Baku Hoteli tərəfindən "Müstəsna Qonaq Xidmətləri" təlimi keçirildi

AHA-nın regional qonaqpərvərlik xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyəti tam sürətlə davam edir.

27 Oktyabr tarixində Fairmont Baku hotelinin təşəbbüsü ilə, Dövlət Turizm Agentliyinin Quba Regional Turizm İdarəsi ilə əməkdaşlıq çərçivəsində “Müstəsna qonaq xidmətləri” təlimi təşkil edilmişdir.

Quba Palace hotelində baş tutan təlimdə Fairmont Baku hotelinin mütəxəssisləri Quba regionunda fəaliyyət göstərən hotellərin əməkdaşları ilə öz təcrübələrini paylaşdı və xidmət standartlarını əyani olaraq nümayiş etdi.

Ön büro, Qida və İçki, Mətbəx və Təmizlik şöbələri üzrə ayrı-ayrılıqda keçirilən təlimdə iştirakçılar müvafiq olaraq qonaq qarşılama, qeydiyyat, menyu təqdimi, təhlükəsiz qida və gigiyena standartları, təmizlik xidmətinin düzgün təşkili, kimyəvi təmizlik maddələrindən istifadə qaydaları və s. ilə tanış oldular.

Fairmont Baku hotelinin regionlarda qonaq məmnuniyyətinin yüksəlməsini hədəfləyən korporativ sosial məsuliyyət layihəsi başlanğıcını Quba regionundan götürdü və silsilə təlimlər digər regionlarda da davam edəcək. Bu önəmli təşəbbüsə görə Fairmont Hotelinə və təlimdə iştirak edən bütün əməkdaşlara təşəkkür edirik.

Təlimə ev sahibliyi etdiyi və uğurlu keçirilməsinə dəstək olduğu üçün Quba Palace hotelinə minnətdarlığımızı bildiririk.

Həmçinin təşkilatçılıqda böyük dəstəyi üçün Quba Regional Turizm İdarəsinə təşəkkür edirik.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.