7 dekabr 2023

“Azərbaycan Turizm Sammiti 2023” baş tutdu

Dekabrın 7-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Turizm Sammiti 2023” baş tutub.
Tədbirdə 2023-cü il ərzində turizm sahəsinin inkişafı üçün görülən işlər, “2023-2026-cı il üçün Turizm İnkişaf Strategiyası”nın hazırlanması, “Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”na uyğun olaraq il ərzində ulduzlaşma üçün müraciət edən 173 hoteldən 114-nün auditinin başa çatması qeyd edilib.
AHA-nın sədri Eldar Əlimuradov tədbirdə "Azərbaycanda qonaqpərvərlik sənayesinin inkişaf imkanları" mövzusunda çıxış edib, AHA-nın 2023-cü ildəki nailiyyətləri və növbəti il üçün fəaliyyət planından bəhs edib.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.