18 iyul 2020

AHA HOTREC, TÜROB, HORECA Georgia və Hotelliere Suisse ilə birgə ortaq vebinar təşkil etmişdir

Vebinarın əsas mövzusu post pandemiya dövründə turizmin yenidən canlandırılması üzrə ölkələrin ən yaxşı təcrübə və strategiyaları olmuşdur.

17 İyul tarixində AHA, turizmin bərpası və turizm və qonaqpərvərlik sənayesinin yenidən fəaliyyətinin başladılması ilə bağlı beynəlxalq təcrübələrə həsr olunmuş ilk və eksklüziv vebinarını təşkil etdi.

Vebinarda İsveçrə, Gürcüstan və Türkiyə kimi həmkarlar assosiasiyaların öndə gedən ekspertləri, AHA Prezidenti, HOTREC Prezidenti və ATB-nin Baş İcraçı Direktoru pandemiyaı şəraitində görülən tədbirlər və belə şəraitdə tətbiq olunmuş yeni strategiyalarla bağlı fikirlərini bölüşdülər.

Azərbaycan Turizm Bürosunun Baş Direktoru cənab Florian Zenqstşmid, 2019-2020-ci illərin əsas nailiyyətləri və statistikasını bölüşdü, habelə ATB-nin pandemiyaya cavab olaraq tətbiq etdiyi dörd mərhələli bərpa planı, daxili turizmin stimullaşdırılmasına həsr olunmuş layihələr və marketinq strategiyası haqda bəhs etdi. AHA-nın Prezidenti cənab Martin Kleinmann, AHA-nın karantin dövründə və post-pandemiyada bərpa prosesi zamanı gələcək planlarını arasında lobbiçilik və dəstək tədbirlərinin olduğunu xüsusilə vurğuladı. "AHA, ATB və STA-nın başlatdığı layihələrin inkişafına müsbət töhfə verir, qonaqpərvərlik sənayesindəki əsas problemləri dövlət müəsisələrinə düzgün şəkildə çatdırır. Cənab Kristensen bu böhranın regional səviyyədə Avropa Birliyinə təsirini və AB rəsmilərinin dəstəkləmə mexanizmi haqqında danışdı.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.