13 oktyabr 2020

Xəbərdarlıq: AHA, hotelləri Sosial Medya və OTA Hesablarında təhlükəsizlik tədbirlərini artırmağa çağırır

Azərbaycan Hotel Assosiasiyası bütün hotelləri Ermənistanla davam edən münaqişə vəziyyəti ilə əlaqədar olaraq son günlər hotellərin sosial media şəbəkələrində, OTA hesablarında və TripAdvisor, Google kimi platformalarında saxta şərhlər və qiymətləndirmələrlə bağlı müvafiq tədbirlər görməyə çağırır.

Azərbaycan Hotel Assosiasiyası bütün hotelləri Ermənistanla davam edən münaqişə vəziyyəti ilə əlaqədar olaraq son günlər hotellərin sosial media şəbəkələrində, OTA hesablarında və TripAdvisor, Google kimi platformalarında saxta şərhlər və qiymətləndirmələrlə bağlı müvafiq tədbirlər görməyə çağırır. Bu cür hallar hotelin reytinqinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır və eyni zamanda beynəlxalq müstəvidə ölkənin imicinə xələl gətirir. Bütün üzvlərimizdən qonaq rəylərinin bütün kanallarda daim izləmələrini və əlaqəsiz və qərəzli şərhləri müvafiq qaydada şikayət etmələrini xahiş edirik.

  • Hotelinizin rəsmi sosial media, OTA (Booking.com, Expedia etc.), və digər platformalarında (Google My Business, Tripadvisor etc) qonaq rəylərini, şərhlərini nəzərdə saxlayın və davamlı olaraq monitorinq edin;
  • Uyğun olmayan və saxta şərhləri report edin və ya silin;

Hər hansı bir sualınız olduğu halda, AHA ofisi ilə əlaqəyə keçə bilərsiniz.

 

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.