15 mart 2022

Milli Ulduz Təsnifatı üzrə Online Təlim keçirildi

Yanvar ayından etibarən regionlarda yerləşən hotellər üçün milli ulduz təsnifatı ilə əlaqəli təlimlərə start verilib.

Təlimlər çərçivəsində Azərbaycan Hotel Assosiasiyasının (AHA) əməkdaşları tərəfindən regionlarda yerləşən hotellərin nümayəndələrinə təsnifat prosesi və meyarlar haqqında ətraflı məlumat verilir, sənayə nümayəndələri ilə müzakirələr aparılır.

Yanvarın 19-da Lənkəranda, 2 fevral tarixində Quba şəhərində təlimlər baş tutmuşdur. 
15 mart tarixində isə bütün regionları əhatə edən hotellər üçün Milli Ulduz Təsnifatı üzrə online təlim təşkil edildi.

Qeyd edək ki, “Turizm haqqında” yeni qanun layihəsi artıq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanıb. 
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana fəaliyyətə başladığı tarixdən altı ay ərzində ulduz kateqoriyası əldə etməlidir.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.