21 aprel 2022

Qonaqpərvərlik mütəxəssisləri əməkdaşlığa dəvət olunur

AHA, müxtəlif yerləşmə növləri üçün praktik, mənfəət yönümlü, sifariş əsasında hazırlanmış konsultasiya xidmətləri göstərmək üçün qonaqpərvərlik bilik və təcrübəsinə malik, müstəqil mütəxəssislərin şəbəkəsinin qurulması üzərində çalışır.

Azərbaycanın müxtəlif şəhər və regionlarında konsultasiya layihələrində iştirak etmək istəyən qonaqpərvərlik peşəkarları əməkdaşlığa dəvət olunur.

CV-nizi “AHA Konsultantı” başlığı ilə [email protected] elektron ünvanına göndərin.

Aşağıdakı kateqoriyalar üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edirik:

-Baş İdarəetmə-
Bütün əməliyyatlara nəzarət edən, yüksək səviyyəli, hotelin mənfəət məqsədlərinə çatmağı hədəfləyən peşəkarlar.

-Hotel Əməliyyatları-
Biznesi inkişaf etdirən, mükəmməl müştəri xidmətlərini quran və effektiv idarəetmə strategiyalarını ərsəyə gətirən, əməliyyatlar üzrə dinamik mütəxəssislər.

-Maliyyə və Mühasibat uçotu-
Hotelin maliyyə sabitliyini, böyüməsini və bütövlüyünü dəstəkləyən təcrübəli və ixtisaslı mütəxəssislər

-Satış və Marketinq-
Satışların artırılmasına, cari və gələcək biznesin saxlanmasına və inkişafına əsas diqqət yetirən mütəxəssislər.

-Kulinariya-
Dünya mətbəxinin geniş repertuarını təqdim edən yaradıcı və təcrübəli kulinariya mütəxəssisləri.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.