18 may 2022

Turizm sənayesinin nümayəndələri ilə görüş keçirilib

Mayın 18-də Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə yay turizm mövsümü üzrə hazırlıqlarla bağlı turizm sənayesinin nümayəndələri ilə görüş keçirilib. 

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizdə pandemiyadan sonra turizmin canlanmağa başladığını və bu ilin ilk 4 ayı ərzində gələn xarici vətəndaşların ötən illə müqayisədə 103 faiz çox olduğunu qeyd edib. 

Fuad Nağıyev pandemiyadan əvvəlki rəqəmlərə çatmaq üçün sənayeni birgə fəaliyyətə, hər zamankı kimi tolerant yanaşma, keyfiyyətli xidmət və yüksək biznes etikasına əməl etməyə çağırıb. 

Qeyd edək ki, görüşdə hotellər, turizm agentlikləri və turizm assosiasiyalarından olmaqla 60-dan çox sənaye nümayəndəsi iştirak edib. Onlarıa müzakirələr aparılıb və aidiyyəti sualları cavablandırılıb.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.