Fərdi Üzvlər

AHA-nın əsas hissəsini təşkil edən fərdi üzvlərə müstəqil hotellər, yerli hotel şəbəkələri və beynəlxalq hotel zəncirləri aiddir.

Fərdi üzvlər kiçik müstəqil hotellərdən beynəlxalq hotel şəbəkələrinə qədər olan bütün hotel müəssisələridir. AHA üzv hotellərin ehtiyaclarına, tələblərinə və istəklərinə əsaslanaraq dinamik və effektiv şəbəkə yaratmaq, strategiya və fəaliyyətlər qurmaq məqsədi daşıyır. Fərdi üzvlər, Azərbaycan Hotel Assosasiyasının Baş Assambleyasının  ali qərar qəbul etmə orqanı sayılır.

 

Üzvlüyün üstünlükləri

Sənayenin inkişafı ilə əlaqədar müzakirələrdə iştirak

AHA üzvləri ən yaxşı təcrübə və sənayenin böyüməsinə aparan təkmilləşdirilmiş və modernləşdirilmiş strategiyaların mübadiləsi üçün fikirlərini paylaşmaq və icra etmək haqqına sahibdirlər. AHA sənaye üçün maraqlı mövzular və məsələlər üzərində işləmək üçün strateji işçi qrupları təşkil edir və fəaliyyətlərinə nəzarət edir: “Dövlət strukturları ilə əaqələr”, “Turizm və hotel məhsullarının inkişafı”, “Təhsil və insan resursları” , “Resursların səmərəli istifadə olunması”, “Təcrübə mübadiləsi”.

Qonaqpərvərlik sənayesinin inkişafında vacib məsələlərə dair üzvlərin maraqlarının təmsil olunması

AHA turizm potensialının inkişafı üçün strategiya və qayda-qanunların formalaşdırılması prosesində qonaqpərvərlik sənayesini təmsil edir. Dövlət qurumları və aparıcı strukturlarla görüşlərdə qonaqpərvərlik sənayesinin inkişafı ilə əlaqədar mövzular çərçivəsində hotellərin maraqlarının qorunması AHA-nın əsas məqsədlərindən biridir.

Biznesin təşkili və idarəedilməsi ilə bağlı tövsiyələr

Üzvlər hüquqi və maliyyə məsələləri, sənaye problemləri, əməliyyat məsələləri, biznesin təşkili və idarəedilməsi ilə bağlı mövzularda ekspert rəyi almaq üçün müraciət edə bilərlər.

Tərəfdaş şirkətlər və sənaye liderləri ilə əlaqə imkanları

Fərdi üzvlər AHA-nın Azərbaycan Turizm Bürosu və Dövlət Turizm Agentliyi kimi dövlət qurumları, “OTA Insight”, “STR Global”, “Trust You” kimi hotel həlləri təklif edən qlobal şirkətlər, ADA Universiteti, ATMU kimi təhsil müəssisələri, HOTREC, HSU, ATAA, ATBA, AzCB kimi yerli və beynəlxalq sənaye qrupları ilə əməkdaşlıq və tərəfdaşlıqlarından faydalanırlar.

Davamlı olaraq sənaye ilə bağlı yenilənmiş informasiya bazasının təmin olunması

AHA sənaye və turizmlə əlaqəli xəbərlər və yenilikləri, habelə üzvlərinin nailiyyətlərini bütün sosial kanallar vasitəsilə paylaşır: sosial media platformaları, veb-sayt, aylıq bülleten, e-poçt. AHA üzvləri hər bir üzv üçün yaradılan hesab vasitəsilə sənaye tədqiqatları, sorğular, statistika və trend hesabatlarına çıxış əldə edə bilirlər.

Sənaye ilə bağlı, həmçinin peşəkar inkişafın təkmilləşdirilməsi ilə əlaqədar tədbirlərdə iştirak

Assosiasiyanın üzvü olmaqla, hotellər Azərbaycan Hotellər Assosiasiyasının illik Baş Assambleyalarında, habelə beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlıq çərçivəsində təşkil olunan sənaye tədbirlərində (təlim və seminarlarda) iştirak haqqı əldə edir.

Beynəlxalq tədbir, sərgi, seminarlarda təmsilçilik və təbliğat

Azərbaycan Hotellər Assosiasiyası üzv hotellərin məlumatlarını əks etdirən xüsusi kataloq vasitəsilə, onları beynəlxalq sərgilərdə (EMITT, MITT, ATM Dubai, IMEX Frankfurt, WTM), B2B seminarlarda, eləcə də hotellər üçün faydalı ola biləcək digər sənaye tədbirlərində təmsil edir.

AHA üzvləri üçün xüsusi hazırlanmış kataloq

AHA-ya üzv hotellər haqda detallı məlumatlar Azərbaycan Hotellər Assosiasiyasının rəqəmsal və çap olunmuş xüsusi kataloqunda yer alır. Bu kataloq yerli və beynəlxalq bazarda reklam və təşviqat materialı kimi istifadə olunur.

“İlin hoteli” mükafat mərasimində yer almaq imkanı

AHA üzvləri Azərbaycan Hotellər Assosiasiyası tərəfindən təşkil olunmuş və Bakı və region üzrə 3, 4 və 5 ulduza malik hotelləri əhatə edən “İlin hoteli” mükafat mərasimində mükafat alma imkanı əldə edirlər. Namizəd hotellər yerli və beynəlxalq miqyasda geniş şəkildə tanınmaq şansı əldə edir.

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.